İlon Maskın şirkətləri Braziliyada cərimələnib - 5 milyon dollar ...

10:12 - 8 Oktyabr 2024 - DÜNYA

Amerikalı sahibkar İlon Maska məxsus şirkətlər, o cümlədən X sosial şəbəkəsi, Cənubi Amerika respublikasının hakimiyyət orqanları X-i ölkədə blokladıqdan sonra Braziliyaya 28,6 milyon real (5,2 milyon dollardan çox) cərimə ödəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.

Qeyd olunur ki, “Starlink” peyk rabitəsi xidmətinin aktivlərindən 2 milyon dollardan çox, X-in vəsaitləri hesabına isə 1,3 milyon dollara yaxın vəsait ödənilib.
Əsas cərimədən əlavə X, həmçinin Braziliya məhkəməsinin bloklanmasına dair qərarına baxmayaraq, Braziliyada sosial şəbəkəyə girişin müvəqqəti bərpası ilə əlaqədar təxminən 1,8 milyon dollar ödəyib.

Xəbər xətti