Yəmənin husilər kimi tanınan "Ənsar Allah" hərəkatının döyüşçüləri Təl-Əvivdəki hərbi hədəflərə hipersəs də daxil olmaqla iki raketlə hücum etdiklərini bildiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Təl-Əvivdəki hərbi hədəflər Fələstin-2 və Zu Fiqar raketləri ilə vurulub.