Ucnoqta.az
www.ucnoqta.az

Husilər Təl-Əvivə hipersonik raket zərbəsi endiriblər

00:05 - 8 Oktyabr 2024 tarixində dərc olunub.

Yəmənin husilər kimi tanınan "Ənsar Allah" hərəkatının döyüşçüləri Təl-Əvivdəki hərbi hədəflərə hipersəs də daxil olmaqla iki raketlə hücum etdiklərini bildiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Təl-Əvivdəki hərbi hədəflər Fələstin-2 və Zu Fiqar raketləri ilə vurulub.

Müəllif: Ucnoqta.az redaksiyası