Belarus prezidenti Aleksandr Lukaşenkonun uçuşu zamanı Belarus ərazisi üzərində pilotsuz təyyarələr görünüb.
Ucnoqta.az xəbər verir ki, Lukaşenko bununla bağlı danışıb və bildirib ki, dronların izlənməsi Təhlükəsizlik Xidmətinin problemidir.
Hadisədən sonra o, Ukrayna ilə müharibəyə başlamasının səbəbləri barədə deyib.
Daha əvvəl Lukaşenkonun helikopteri ilə eyni vaxtda Belarus hava məkanında iki pilotsuz təyyarənin göründüyü barədə məlumatlar yayılıb.
Belarus prezidenti respublikanın rayonlarından birinə getməli idi, lakin gedişi bir saat təxirə salmaq qərara alındı. O, helikopterin qeyri-adi dərəcədə aşağı uçduğunu qeyd edib.