Bu deputatların dairələrində DSK sədrləri işdən çıxarıldı

18:09 - 3 Oktyabr 2024 - HADİSƏ

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 4 Dairə Seçki Komissiyalarının (DSK) tərkibində dəyişiklik edilib.

Modern.az-ın məlumatına görə, 24 saylı Nizami birinci DSK-nın sədri Nizami Nəcəfov vəzifəsindən azad edilib. Onun əvəzinə Fəridə Rzayeva təyin edilib. Sözügedən dairədən Könül Nurullayev deputat seçilib. Seçkilərdən sonra dairənin 4, 6, 28, 31, 33 nömrəli seçki məntəqələrinin nəticələri ləğv edilib.

İşdən çıxarılan digər DSK sədri Ruslan Hacıyevdir. O, 42 saylı Sumqayıt birinci DSK-ya sədrlik edirdi. Bu dairədən Hicran Hüseynova deputat seçilib. Seçkilərdən sonra dairənin 27 saylı məntəqəsinin nəticələri ləğv olunub.

82 saylı İmişli-Saatlı DSK-nın sədri Barat Xəlilov da işdən çıxarılıb. Səyyad Salahlının depuat seçildiyi dairənin 4 məntəqəsində seçki nəticələri ləğv edilib.

MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 83 saylı Beyləqan seçki dairəsinin tərkibində dəyişiklik edilib. Bu dairədən isə Şahin İsmayılov deputat seçilib.

Xəbər xətti