Göbələk zəhərlənmələrinə diqqət – Əlamətləri

05:51 - 3 Oktyabr 2024 - Cəmiyyət

Göbələklərdən zəhərlənmələr xüsusilə yaz və payız aylarında, bol yağış yağan zaman müşahidə olunur. Göbələyin zəhərli olub-olmadığını ətinin rəngindən, qoxusundan və dadından anlamaq olmur. Unutmaq olmaz ki, təbii ərazilərdə bitən zəhərli göbələklər də var.

Ucnoqta.az xəbər verir ki, dr. Yasin Yılmaz yağışların başlaması ilə təbiətdə yabanı böyüyən göbələklərin zəhərlənməsinə qarşı xəbərdarlıq edərək, becərilən bandrollu göbələklərə üstünlük verilməsi lazım olduğuna diqqət çəkib.

Bildirilib ki, ölkə daxilində yağıntıların artması səbəbindən təbiətdə böyüyən göbələklərin çoxalması və istehlakın artması səbəbindən zəhərlənmə hallarında artım müşahidə oluna bilər.
Mütəxəssis göbələkdə olan zəhərin 2 ilə 6 saat ərzində meydana çıxa biləcəyini və təbiətinə görə dəyişə bilər. 

"Göbələk yedikdən sonra 2 saat ərzində başgicəllənmə, yuxululuq, təzyiqin aşağı düşməsi, görmənin bulanıqlığı, ağızda metal dad, ürəkbulanma, qusma, tərləmə üz və boyunda qızartı əmələ gəlir. Bəzi növlər yeyildikdən altı saat sonra ürəkbulanma, qusma, ishal, qızdırma, ürək döyüntüsü, qarın ağrısı, qaraciyər və böyrək funksiyasının pozulması və ölüm kimi zəhərlənmə əlamətləri baş verə bilər.
Yetişdirilən göbələklərin tərkibində zəhərli maddələr olmadığı üçün zəhərlənmə mümkün deyil. Lakin bu göbələklərin böyüdüyü mühitə görə göbələklərin üzərində bəzi mikroorqanizmlərə rast gəlmək mümkündür.

Xəbər xətti