Papua Yeni Qvineyada qəbilə toqquşmalarında 35 nəfər ölüb

14:33 - 17 Sentyabr 2024 - DÜNYA

Papua Yeni Qvineya polisi Port Moresbidən 700 km şimal-qərbdə yerləşən Porgera şəhəri yaxınlığında qəbilə toqquşmaları nəticəsində 35 nəfərin öldüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC radiosu komissarın köməkçisi Cozef Tondona istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə gün davam edən tayfalararası toqquşmalar nəticəsində ölənlərin ümumi sayı 35 nəfər olub. Lakin ölənlərin dəqiq sayı hələ də dəqiqləşdirilir.

Xəbər xətti