Argentinada 319 reys ləğv olundu - pilotlar tətil edir

21:55 - 13 Sentyabr 2024 - DÜNYA

Argentinanın ən böyük aviaşirkəti Aerolineas Argentinas-ın pilotlarının tətili 320-yə yaxın reysin təxirə salınmasına səbəb olub və 15 mindən çox sərnişinə təsir edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Tətil 319 reysin ləğvinə səbəb olub. Şirkət bu tədbirin iqtisadi dəyərinin 2,5 milyon dolları keçəcəyini təxmin edir.

Saat 12:00-da başlayan tətil 24 saat davam edəcək. Həmkarlar ittifaqı üzvləri maaşların 25-70%, şirkət isə 11% artırılmasını tələb edir. Hazırda Aerolineas Argentinas pilotlarının maaşları 3 milyondan 10 milyon pesoya (3000-10000 dollar) qədərdir.

Bu, Aerolineas Argentinas-da bu ay ilk tətil deyil. Sentyabrın 5-də pilotların tətili səbəbindən 150 reys təxirə salınıb və ya vaxtı dəyişdirilib.

Xəbər xətti