ABŞ administrasiyası ilkin şərt olmadan Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair Şimali Koreya hakimiyyəti ilə danışıqlara hazır olduğunu təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.
“Biz Pxenyana ilkin şərt olmadan danışıqlar masasına gəlməyə və yarımadanın nüvəsizləşdirilməsini müzakirə etməyə hazır olduğumuzu diplomatik şəkildə bildirməyə davam edirik”, – Kirbi əlavə edib.