Lukaşenko İran prezidenti Məsud Pezeşkianı Belarusa dəvət edib
Ucnoqta.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
Məlumata görə, Lukaşenko İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdə bu barədə bildirib.
“Bu yaxınlarda İran xalqı böyük bir bədbəxtlik yaşadı - siz bu dövrü cəsarətlə keçdiniz, siz yeni prezident seçdiniz, mən sizi bu münasibətlə təbrik edirəm və onun Belarusa gəlməsini gözlədiyimizi bildirməyinizi istəyirəm ", - deyə prezident bildirib.