Aİ Rusiyaya qarşı fərdi sanksiyaları uzadıb

16:17 - 12 Sentyabr 2024 - DÜNYA

Avropa İttifaqı Rusiyaya qarşı fərdi sanksiyaların müddətini daha 6 ay uzadaraq iki nəfəri qara siyahıdan çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Bildirilir ki, bu gün Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha 6 ay, 2025-ci il martın 15-nə qədər uzatmaq qərarına gəlib. Şura həmçinin iki şəxsə qarşı sanksiyaların uzadılmaması və ölən beş şəxsin siyahıdan çıxarılması barədə qərar qəbul edib.

Xəbər xətti