Riqada naməlum şəxslər Rusiyanın hərbi lideri və dövlət xadimi, feldmarşal Mixail Boqdanoviç Barklay de Tollinin (1761-1818) abidəsinin üzərinə qırmızı boya töküblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın Esplanad parkının ərazisində baş verib. Artıq hadisə ilə bağlı Riqa Abidələr Agentliyinə məlumat daxil olub və qeyd olunduğu kimi, abidədə təmizlik işləri aparılacaq.
Portal yazır ki, abidənin sökülməsi ehtimalı uzun müddətdir ki, ictimai müstəvidə müzakirə olunur. Lakin əvvəllər Riqa Abidələr Şurası onu sökməmək qərarına gəlib.
Barklay de Tollinin abidəsi 1913-cü ildə Riqada açılıb. Birinci Dünya Müharibəsi illərində heykəl Rusiyaya təxliyə edildi və orijinalın izləri itdi.
2002-ci ildə onun bərpa edilmiş nüsxəsi eyni yerdə quraşdırılıb. Abidələr şurası daha sonra onun tarixi yerdə quraşdırılmasına dəstək verdi.///tass