Ermənistan müdafiə nazirinin keçmiş müavini dövlətə 500 min dollar qaytarmalıdır

14:20 - 12 Sentyabr 2024 - DÜNYA

Ermənistan müdafiə nazirinin keçmiş müavini və onunla əlaqəli şəxslərdən dövlətin xeyrinə 500 min dollar alınacaq.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın baş prokuroru ilə qeyri-qanuni mənşəli əmlakın müsadirə edilməsi proseduru çərçivəsində imzalanmış barışıq sazişinə əsasən, keçmiş nazir müavini Alik Mirzəbekyan və ona bağlı olan şəxslər dövlətə qaytarmağa borcludurlar:
- 5 əmlak
- 1 maşın
- 12 bank depoziti və istiqrazları.
- 20 milyon 384 min dram qeyri-qanuni vəsaitlərin qalığı kimi
- Şəxsin qanuni gəliri ilə əsaslandırılmayan, qanunsuz mənşəli, vicdanlı alıcıya verilmiş və ya müəyyən edilərək götürülməsi mümkün olmayan 54 milyon 210 min dram.

Xəbər xətti