Estoniya Rusiya ilə sərhəddə keçid məntəqəsində gözləmə haqqını artırır

10:27 - 12 Sentyabr 2024 - DÜNYA

Estoniyanın nəqliyyat vasitələrinin gözləmə zonasının operatoru Collade şirkəti Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinə Estoniya-Rusiya sərhədindəki Luhamaa keçid məntəqəsində gözləmə yerindən istifadə etdikləri üçün nəqliyyat vasitələri sürücülərinə verilən rüsumun ən azı 2,5 dəfə artırılması ilə bağlı sorğu göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət televiziya və radio portalı məlumat yayıb.

Məlumata görə, yük maşını sürücüləri üçün rüsum 16 avrodan 50 avroya, avtomobillər üçün 9 avrodan 25 avroya, motosikletçilər üçün 6 avrodan 15 avroya yüksəlməlidir.
Şirkət bu tədbirləri yüksək inflyasiya və avtonəqliyyat vasitələrinin zonada əvvəlkindən xeyli çox vaxt keçirməsi ilə bağlı artan xərclərlə əsaslandırıb.

Qaydalara uyğun olaraq, Estoniya-Rusiya sərhədini keçmək istəyən bütün nəqliyyat vasitələri yol təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün ümumi növbəyə yazılmalı və gözləmə zonasına getməlidir.

Xəbər xətti