İran prezidenti Məsud Pezeşkian iraqlı həmkarı Əbdüllətif Rəşidlə görüşündə Avropa İttifaqından nümunə götürərək İslam ölkələri arasında sərhədlərin götürülməsinə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran prezidentinin saytında dərc olunmuş bəyanatda deyilir.
“Prezident iki ölkə arasında əlaqələrin uzun tarixə malik olduğuna işarə edərək, İslam ölkələrinin vahid birliyinin yaradılmasının zəruriliyini vurğulayıb.
Pezeşkian Avropa İttifaqının təcrübəsinə əsaslanaraq İslam ölkələri arasında sərhədlərin silinməsinə doğru irəliləməyə çağırıb”, - sənəddə qeyd olunur.
İran prezidentinin sözlərinə görə, İslam ölkələrinin birliyinin gücləndirilməsi Qərbin tətbiq etdiyi bütün sanksiyaları səmərəsiz edəcək.
İran və İraq arasında ikitərəfli əməkdaşlıq sahəsində Pezeşkian siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün ixtisaslaşdırılmış komissiyaların təşkil edilməsini istəyib.