Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə TASS-ın sualını cavablandırarkən deyib.
"Ümid edirik ki, səfər hazırlıq işləri başa çatdıqdan sonra baş tutacaq - hazırlıqlar çoxdan davam edir", - Kreml nümayəndəsi qeyd edib.
Rusiya liderinin mətbuat katibi Yaxın Şərq KİV-lərində Rusiya prezidentinin öz təyyarəsinin Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri tərəfindən müşayiət olunmasını tələb etməsi ilə bağlı xəbərləri şərh etməyib.
“Bir qayda olaraq, biz prezidentimizin səfərlərinin hazırlığının bütün təfərrüatlarını açıqlamırıq: onlar qapalı xarakter daşıyır”, - deyə Peskov vurğulayıb.