Tailandın şimalında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 4 nəfər ölüb, 8 nəfər, o cümlədən bir neçə uşaq itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Thai PBS məlumat yayıb.
Təbii fəlakət Çianq May və Çianq Ray əyalətlərini əhatə edib. Hakimiyyət orqanları yerli sakinlərə kömək etmək və itkin düşənlərin axtarışı üçün operativ qərargah yaradıb.
Təhlükəsizlik məqsədilə bir sıra yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.
Hərbçilər də xilasetmə əməliyyatlarında iştirak edirlər.