Britaniya daha 10 Rusiya gəmisini sanksiyalar siyahısına əlavə edib

11:17 - 11 Sentyabr 2024 - DÜNYA

Böyük Britaniya daha 10 rus gəmisini qara siyahıya salmaqla Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Ucnoqta.az xəbər verir ki, yenilənmiş sənəd Böyük Britaniya Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Sənəddə qeyd olunur ki, gəmilər üçüncü ölkələrə Rusiya mənşəli neft və neft məhsullarını daşıyırlar.

Söhbət NS Corona, NS Clippper, NS Asia, SCF Baltica, SCF Vankor, Aniva Bay, Olimpiysky Prospekt, Leonid Loza, Vladimir Tixonov və Nikolay Zuev tankerlərindən gedir.
Stream Ship Management FZCO Qabon və Panama bayraqları altında üzən gəmilərin operatoru kimi siyahıya alınıb.

Qeyd olunur ki, tankerlərin Böyük Britaniya limanlarına daxil olması qadağandır və onların Böyük Britaniya Göndərmə Reyestrində qeydiyyatı ləğv edilə bilər. 

Xəbər xətti