Vyetnamda qasırğa 143 nəfərin həyatına son qoyub

10:39 - 11 Sentyabr 2024 - DÜNYA

Ötən həftənin sonunda Vyetnamın şimalını vuran Yagi qasırğası nəticəsində 200-dən çox insan ölüb və ya itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyinin Bəndlərin İdarə Edilməsi və Təbii Fəlakətlərin Qarşısının Alınması Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın 11-də səhər saatlarına olan məlumata görə, 143 nəfər ölüb, 58 nəfər itkin düşüb. Ən çox göstərici Lao Cai (45 nəfər ölüb, 21 nəfər itkin düşüb), Cao Bang (29 və 23) və Yen Bai (37 və 3) dağlıq əyalətlərində qeydə alınıb.
Milli Hidrometeoroloji Proqnozlar Mərkəzi Hanoy da daxil olmaqla, ölkənin şimal hissəsindəki 16 şəhər və əyalətdə daşqın və sürüşmə riskinin davam edəcəyi barədə xəbərdarlıq edib.

Xəbər xətti