ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi çərşənbə günü, sentyabrın 11-də Kiyevə səfər edəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilir.
Blinken və Lammi Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşəcəklər.
Onlar Rusiyaya qarşı müharibədə Ukraynaya gələcək dəstəyi və uzunmüddətli perspektivdə ölkənin hərbi, iqtisadi və demokratik inkişafının necə təmin olunacağını müzakirə edəcəklər.
Sentyabrın 12-də dövlət katibi Blinken Polşaya gedəcək və burada Polşa rəsmiləri ilə görüşərək bir sıra məsələləri, o cümlədən müdafiə və enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi və NATO üzvü kimi Varşava və Vaşinqtonun Ukraynaya hərbi dəstək üzrə birgə fəaliyyətini müzakirə edəcək. .