Harris aydın mesaj, Tramp isə qəzəbli ... - Debat başa çatıb

08:14 - 11 Sentyabr 2024 - DÜNYA

 ABŞ-da keçirilən seçki debatlarında iştirak edənlərdən heç biri rəqibinə yekun nokauta çatdıra bilməyib.

Ucnoqta.az cəbər verir ki, “The New York Times” ABŞ prezidentliyinə Respublikaçılar və Demokratlar partiyalarından namizədlər Donald Tramp və Kamala Harris arasında çərşənbə axşamı keçirilən debatı belə şərh edib.

“Gərgin məqamların çoxluğuna baxmayaraq, noyabrda keçiriləcək çox gərgin seçkilər ərəfəsində dinamikanı kökündən dəyişdirə biləcək nokaut görünmür” - qəzet yazıb.

Qəzet qeyd edib ki, Harris əsasən aydın mesaj çatdırmağı bacarıb, Tramp isə qəzəbli və müdafiəçi görünürdü.

Çərşənbə axşamı Pensilvaniya ştatının Filadelfiya şəhərində Harris və Tramp arasında teledebat baş tutub.
Debatlar ABC News tərəfindən təşkil edilib.
Amerikanın bütün əsas televiziya xəbər şəbəkələri tərəfindən canlı yayımlanan bu raund yeganə ola bilər: Tramp və Harris hələ də ən azı bir belə görüşün olub-olmayacağı ilə bağlı razılığa gələ bilmirlər.

Xəbər xətti