Vyetnam müharibəsi zamanı itkin düşmüş amerikalı əsgərlərə aid olduğu güman edilən qalıqların repatriasiya mərasimi keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.
Ardıcıl 167-ci olan mərasimdə milli müdafiə, ictimai təhlükəsizlik nazirliklərinin, Da Nang hakimiyyətinin, eləcə də Vyetnamın itkin düşmüş şəxslərlə iş üzrə agentliyinin nümayəndələri iştirak ediblər.
Amerika tərəfini ABŞ-ın Vyetnamdakı səfiri Mark Knapper və ABŞ Müdafiə Nazirliyinin Əsirləri və KIA Mühasibat Agentliyinin Hind-Sakit Okean regionu üzrə direktoru Kristofer Felps təmsil ediblər.
Qalıqlar 2024-cü ilin iyul-sentyabr aylarında keçirilən 156-cı birgə axtarış ekspedisiyası zamanı aşkar edilib.