Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin iki keçmiş əməkdaşı 3,2 milyard dollar dəyərində texnologiya oğurlamaqda şübhəli bilinərək həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Seul Polis Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, həbs edilənlərdən yalnız soyadı ilə tanınan Çoy əvvəllər Samsung Electronics-də yüksək vəzifə tutub.
2020-ci ildə o, Çinin Çenqdu şəhərində yarımkeçiricilər istehsal edən CHJS müəssisəsini təsis edib.
Bu işdə iştirak edən ikinci şəxs Oh soyadlı Samsung şirkətinin baş elmi işçisi idi. Ehtimallara görə, CHJS məhz onun sayəsində Samsung Electronics-in texnoloji sirləri haqqında məlumat əldə edib.
Polis hesab edir ki, Coy 20 nanometrlik DRAM yarımkeçiriciləri istehsal etmək üçün Samsung tərəfindən hazırlanmış texnologiyadan sui-istifadədə əsas rol oynayıb. Sızdırılan məlumatların ümumi iqtisadi dəyəri 4,3 trilyon von (3,2 milyard dollar) olaraq qiymətləndirilir.
Cənubi Koreyalı menecerlərin işləri onlara qarşı ittiham irəli sürəcəyi gözlənilən prokurorluğa verilib. Şübhəlilər həmçinin Samsung Electronics işçilərini öz Çin şirkətlərinə cəlb ediblər. Polis onların keçmiş işəgötürənlərinin də məlumatlarını oğurlayıb-oğurlamadığını araşdırır.