ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

16:26 - 10 Sentyabr 2024 - DÜNYA

ABŞ administrasiyası Rusiya ilə iddia edilən hərbi-texniki əməkdaşlıqla əlaqədar İrana qarşı sanksiyalar rejimini sərtləşdirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın paytaxtında Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birgə mətbuat konfransında bildirib.

Blinken bildirib ki, son günlərdə biz bu tapıntıları dəstəkləyən məlumatları müttəfiqlərimiz və tərəfdaşlarımızla paylaşdıq və Tehranın öz hərəkətlərinə görə əhəmiyyətli iqtisadi nəticələrlə üzləşməsini təmin etmək üçün birlikdə çalışdıq.

Bu gün daha sonra ABŞ İrana qarşı yeni sanksiyalar, o cümlədən İrana qarşı əlavə tədbirlər elan edəcək.

Xəbər xətti