Çadda daşqınlar nəticəsində azı 340 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke bildirib.
Məlumata görə, daşqınlar davam etdikcə 1,5 milyona yaxın insan zərər çəkib. Daşqınlar nəticəsində ən azı 340 adam ölüb.
Bildirilir ki, Çadda 250 min hektardan çox əkin sahəsi su altında qalıb, 60 min başdan çox mal-qara tələf olub.