ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirmək niyyətindədir

12:53 - 10 Sentyabr 2024 - DÜNYA

ABŞ Vaşinqtonun 2019-cu ildə çıxdığı Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) qadağan etdiyi yerüstü orta mənzilli raketlərin Yaponiya ərazisində yerləşdirilməsində maraqlıdır.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ ordusunun katibi Kristin Uormut deyib.

Məlumata görə, sentyabrın 4-də Virciniya ştatında keçirilən konfransda Uormut bildirib ki, bu məsələ avqustda Yaponiyaya səfəri zamanı Yaponiyanın müdafiə naziri Minoru Kihara ilə görüşündə qaldırılıb.

O, əlavə edib ki, biz Yaponiyanın özünümüdafiə qüvvələrinə marağımızı açıq şəkildə ifadə etmişik.

Xəbər xətti