Qazaxıstanda 6 ölkənin xüsusi təyinatlılarının təlimləri başlayıb

12:19 - 10 Sentyabr 2024 - DÜNYA

 Qazaxıstanın Türküstan bölgəsində başlayan “Sonsuz Qardaşlıq - III” çoxmillətli təlimdə altı ölkənin xüsusi təyinatlı bölmələri iştirak edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Türküstan bölgəsindəki Orda dağ poliqonunda Azərbaycan, Qazaxıstan, Qətər, Pakistan, Türkiyə və Özbəkistanın xüsusi təyinatlı bölmələrinin çoxmillətli təlimlərinin açılış mərasimi keçirilib.
Təlimlərə müşahidəçi qismində İordaniya və Qırğızıstan silahlı qüvvələrinin nümayəndələri dəvət olunub.

Təlimlər təcrübə mübadiləsi, komandanlıq və idarəetmə orqanları ilə hərbi kontingentlər arasında qarşılıqlı fəaliyyətin səviyyəsinin yüksəldilməsi, bölmələrin şəxsi heyətinin fərdi və qrup hazırlığı məqsədi daşıyır.
Hərbi manevrlərdə 300-ə yaxın hərbçi iştirak edir. Zirehli texnika, ordu aviasiyası və PUA-lar iştirak edir.

Təlimlər zamanı taktiki atəş, paraşüt və dağ hazırlığı üzrə məşğələlər keçirilir.
Hərbi kontingentlərə məskunlaşan ərazidə qanunsuz silahlı birləşmənin qarşısını almaq və məhv etmək tapşırılıb.

Xəbər xətti