Günəşdə kütləvi püskürmə baş verdi, nəticədə yaranan plazma buludunun kənarı təxminən sentyabrın 10-u axşam Yerə çatacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov RT-yə müsahibəsində bildirib.
Ekspert bildirir ki, bu, kosmosa atılan bir növ plazma bulududur. O, Yerin yanından keçir, lakin modellərə görə, belə çıxır ki, buludun kənarı Yerə dəyəcək.
Alim əlavə edib ki, bulud yan tərəfə yuvarlana və planetə dəyməyə bilər, lakin onun əksinə Yerə doğru sürüşməsi və təsirlərin daha güclü olması variantları da var.