Parisdə iki konqolu idmançı itkin düşüb

00:04 - 10 Sentyabr 2024 - DÜNYA

Parisdə keçirilən Paralimpiya Oyunlarından sonra iki konqolu idmançı itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb.

Bildirilir ki, yarışdan sonra nizə atıcı Mirey Nqanqa, qaçışçı Qreys Muambako və idmançının bələdçisi komandanın olduğu yerə qayıtmayıb.
Paralimpiyaçılar sentyabrın 5-dən əlaqə saxlamayıblar. Onları sonuncu dəfə Paralimpiya kəndində görüblər.

Mənbənin sözlərinə görə, prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Baş verənlərin versiyaları arasında qaçış nəzərdə tutulur.

Parisdə keçirilən Paralimpiya Oyunları sentyabrın 8-də başa çatıb.

Xəbər xətti