ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Sallivan və Əl Səud konstruktiv söhbət edib, Yaxın Şərqlə bağlı bir sıra regional məsələlərə toxunublar.