O əcnəbi müğənni İslam Manafovun gəlini imiş - FOTO/VİDEO

19:00 - 9 Sentyabr 2024 - Mədəniyyət

Ötən gün Millətlər Liqası çərçivəsində keçirilən Slovakiya - Azərbaycan (2:0) matçının start fitindən öncə maraqlı anlar yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, qarşılaşmadan əvvəl dövlət himnimizi almanəsilli kubalı müğənni Karen Manafzadə doğma dilimizdə səsləndirib.

Karen Manafzadə Avstriyada yaşayan azərbaycanlı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadənin həyat yoldaşıdır. Abuzər Manafzadə isə Azərbaycanın Əməkdar artisti İslam Manafovun oğludur.

Qeyd edək ki, Karen Manafzadə həm də rəqqas kimi fəaliyyət göstərir. 


Xəbər xətti