İsveç Ukraynaya 443,5 milyon dollar ayırır

17:14 - 9 Sentyabr 2024 - DÜNYA

 İsveç Ukraynaya 4,6 milyard kron (443,5 milyon dollar) məbləğində 17-ci hərbi yardım paketini ayırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.

"Hərbi dəstək paketinin ölçüsü 4,6 milyard krondur" deyən nazir, "paketin Ukraynanın tələbi ilə hazırlandığını" vurğuladı.

Kiyevə tank sursatları, Pansarbandvagn 302 zirehli transportyoru üçün kamuflyaj, PUA-lar və qış geyimləri üçün vəsait ayrılıb.
Bundan əlavə, altı Stridsb t 90 desant hücum kateri, Robot 70 insan-portativ hava hücumundan müdafiə sistemləri (MANPADS), həmçinin qoruyucu maskalar və avadanlıqlar tədarük ediləcək.

Dəstək paketinə həmçinin təxminən 700 milyon (67,48 milyon dollar) maliyyə yardımı daxildir. İsveç

2024-2026-cı illərdə Ukraynaya hərbi məqsədlər üçün 48 milyard kron (4,63 milyard dollar), ümumilikdə 75 milyard kron (7,23 milyard dollar) ayırıb.

Xəbər xətti