Atom elektrik stansiyalarına hücumlar qəbuledilməzdir - AEBA rəhbəri

14:31 - 9 Sentyabr 2024 - DÜNYA

 Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi Kursk atom elektrik stansiyalarına hücum etməməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, AEBA rəhbəri, Vyanada təşkilatın Rəhbərlər Şurasının növbəti sessiyasının açılışı münasibətilə deyib.
Onun sözlərinə görə, nüvə qəzasının qarşısını almaq son dərəcə vacibdir və harada yerləşməsindən asılı olmayaraq, atom elektrik stansiyalarına hücumlar qəbuledilməzdir.

Qrossi əlavə edib ki, agentlik Kursk AES-in yerləşdiyi Kursk vilayətində döyüşlər barədə xəbərləri izləyir.

Xəbər xətti