Meymunçiçəyinə görə hava limanlarında nəzarət gücləndirilib

14:04 - 9 Sentyabr 2024 - DÜNYA

Afrikada meymun çiçəyi (mpox) epidemiyası fonunda Hindistan hava limanlarında gələn sərnişinlərin tibbi müayinəsi gücləndirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyi bu viral xəstəliyin hallarını izləmək üçün Hindistan ştatları və birlik əraziləri üçün təlimatlar yayımlayıb.
Qeyd olunur ki, indiki epidemiya zamanı Hindistanda bir dənə də olsun meymun çiçəyi hadisəsi qeydə alınmayıb.
 

Şöbə, həmçinin əhalinin xəstəlik barədə vaxtında məlumatlandırılması və profilaktik tədbirlərin gücləndirilməsi üçün zəruri tədbirlərin görülməsini tapşırıb.

Xəbər xətti