Super Yagi tayfunu Vyetnamın şimalını vurması nəticəsində ən azı 59 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “VnExpress” xəbər portalı məlumat yayıb.
Məlumata görə, son günlər tayfunun gəlməsi ilə Vyetnamın şimalında bir sıra ərazilərə yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində insanlar ölüb.
Həmçinin bildirilir ki, sentyabrın 9-da Phu Tho əyalətində daşqın nəticəsində çay üzərindən keçən avtomobil körpüsü uçub, həmin anda 10-dan çox avtomobil hərəkətdə olub, orada olan 13 nəfər itkin düşmüş hesab edilib .
Kao Banq əyalətində torpaq sürüşməsi təxminən 20 nəfərin olduğu avtobusun üstünə düşüb.