Çinin xarici işlər naziri Rusiyaya səfər edəcək

11:27 - 9 Sentyabr 2024 - DÜNYA

Çinin xarici işlər naziri, ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi BRİKS ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrinin iclasında iştirak etmək üçün sentyabrın 11-12-də Sankt-Peterburqa səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.

Mao Ninq bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəvəti ilə Vanq Yi sentyabrın 11-12-də BRİKS Ali Nümayəndələrinin Təhlükəsizlik Məsələləri üzrə 14-cü Görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edəcək.

Xəbər xətti