UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, Slovakiyada “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşma da Azərbaycn millisi məğlub olub. Slovaklar Azərbaycan millisinin qapısından iki cavabsız top keçiriblər.
Bu, Fernandu Santuşun baş məşqçiliyi altında Azərbaycan millisinin ikinci oyunu olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi doğma meydanda İsveçə 1:3 hesabı ilə məğlub olmuşdu.
Millətlər Liqası, qrup mərhələsi, 2-ci tur
C liqası, 1-ci qrup
8 sentyabr
20:00. Slovakiya - Azərbaycan - 2:0
Qol: Duda, 22 - pen., Streleç, 26
Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)
"Koşitse Futbol Arenası"