Aİ Kiyevə silah tədarükü üçün Rusiyanın dondurulmuş aktivlərindən 300 milyon avro ayıracaq

22:39 - 6 Sentyabr 2024 - DÜNYA

İlin sonuna kimi Avropa İttifaqı Kiyevə silah tədarükü üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Parisə 300 milyon avro ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, Avropa Komissiyası bu il Ukrayna üçün sursat, artilleriya və hava hücumundan müdafiə vasitələrinin təcili alınması üçün Baş Silahlar İdarəsinə 300 milyon avro göndərəcək.

Qeyd olunur ki, ümumilikdə, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən təxminən 1,4 milyard avro Ukraynaya silah alınması üçün Aİ-yə ayrılacaq.

Xəbər xətti