İsrail ordusu Livanla sərhəddə təlimlər keçirib

21:38 - 6 Sentyabr 2024 - DÜNYA

İsrail hərbçiləri Livanla sərhəddə briqada səviyyəsində təlimlər keçirərək, ərazidə döyüş əməliyyatlarının aparılması üçün müxtəlif ssenarilər tətbiq ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər son bir neçə gündə baş tutub və 11-ci briqadanın hərbçiləri iştirak ediblər.
Qeyd edilib ki, bu təlimlər quru qoşunlarının şimal istiqamətində planlı təlimləri çərçivəsində həyata keçirilib. İştirak edən 11-ci briqadanın əsgərləri Qəzza zolağında intensiv əməliyyatlardan sonra şimala köçürülüb.

Xəbər xətti