Nigerdə ​​daşqınlar nəticəsində 270-dən çox adam ölüb

15:35 - 6 Sentyabr 2024 - DÜNYA

Nigerdə ​​rekord yağışlar nəticəsində ən azı 273 nəfər ölüb, 700 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Malijet portalı məlumat yayıb.

Milli Mülki Müdafiə Xidməti qeyd edib ki, ən çox zərər çəkmiş ərazilər Taoua və Maradi olub, müvafiq olaraq 87 və 86 itki var.
Ümumilikdə, ölkənin 266 icmasından 201-də daşqınlar qeydə alınıb, 73 mindən çox yaşayış binası dağılıb.

Niger hakimiyyəti əhalini daşqın təhlükəsi olan əraziləri tərk etməyə çağırır və fəlakət zonalarına humanitar yardım və xilasetmə qrupları göndərir.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ehtiyacı olan şəxslərin ərzaq və digər zəruri mallarla təmin edilməsi təşkil edilir, tibbi yardımın göstərilməsi və sanitar xidmətin təşkili üçün tədbirlər görülür.

Meteoroloqların məlumatına görə, son bir neçə həftə ərzində Qərbi və Mərkəzi Afrikanın bir sıra ölkələrində - Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Niger, Nigeriya, Toqoda yağışlar yağıb.

Xəbər xətti