Futbol tarixinin ən pis milli komandası Millətlər Liqasının ev oyununda Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, San-Marinonun 142 oyunluq qələbəsiz seriyası başa çatıb. Yoldaşlıq oyunlarını nəzərə alsaq, bu, ikinci qələbədir. 2004-cü il aprelin 28-də milli komanda yoldaşlıq görüşündə Lixtenşteyni məğlub edib (1:0). Bundan sonra 136 məğlubiyyət və altı heç-heçə qeydə alınıb.
Lixtenşteyn 7 oktyabr 2020-ci ildə başlayan qələbəsiz seriyasını 40 matça çatdırdı.