İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Blida bölgəsində yerləşən Hizbullahın silah anbarına zərbə endirib.
Bundan əlavə, hücum zamanı hərəkatın Livan dövlətinin cənubunda da yerləşən digər hərbi hədəflərinin vurulduğu qeyd edilir.