Saakaşvilinin partiyasına qadağa qoyulması ağrılı addım olacaq - Teya Tsulukiani

00:20 - 6 Sentyabr 2024 - DÜNYA

Gürcüstanda eks-prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat (BMH) müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi ağrılı addım olsa da, siyasi meydanın yaxşılaşdırılması üçün atılmalıdır.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın “İmedi” telekanalına müsahibəsində baş nazirin müavini, mədəniyyət və idman naziri Teya Tsulukiani deyib.

“Bu çətin, cəsarətli, ağrılı addım olacaq, lakin “Gürcü Arzusu” bunu etməlidir ki, yaradılacaq yeni partiyaların daha yaxşı siyasi meydançaya sahib olsunlar”, o deyib.

Xəbər xətti