Almaniya Qəzzaya daha 50 milyon avro ayıracaq

20:55 - 5 Sentyabr 2024 - DÜNYA

Almaniya Qəzza zolağının əhalisinə humanitar yardımı daha 50 milyon avro artırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə görüşdən sonra X-də yazıb.

Məlumata görə, yeni tranş nəzərə alınmaqla, 2023-cü ildən bəri Berlindən Qəzza əhalisinə verilən dəstəyin həcmi 360 milyon avronu keçib.

Xəbər xətti