Boliviyanın qərbində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin ocağı 223 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.