Qəzzada həlak olanların sayı 40 861 nəfərə çatıb

14:59 - 4 Sentyabr 2024 - DÜNYA

Ötən ilin oktyabrından Fələstin anklavında hərbi əməliyyatlar aparan İsrail qüvvələri Qəzza zolağında son 24 saat ərzində 40-dan çox fələstinlini qətlə yetirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat Qəzzanın Səhiyyə Nazirliyinin rəsmi Telegram kanalında təqdim edilib.

Qeyd olunur ki, son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 42 nəfər ölüb, daha 107 nəfər yaralanıb.
Bildirilir ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatların qurbanlarının ümumi sayı 40 861 nəfərə çatıb, daha 94 398 nəfər yaralanıb.

Xəbər xətti