Rusiya tərəfi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tam iştirakının bərpasına ümid edir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.
“Ümid edirik ki, Ermənistanın özünün və bütövlükdə bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam bərpa olunacaq”, - diplomat qeyd edib.
O vurğulayıb ki, İrəvan de-yure assosiasiyanın tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır, lakin indiki mərhələdə Ermənistan rəhbərliyi faktiki olaraq belə qarşılıqlı fəaliyyətdən uzaqlaşma xəttinə sadiqdir”.
Zaxarova bununla bağlı rəsmi İrəvanın verdiyi açıqlamalara da diqqət çəkib.
“Bu yaxınlarda KTMT-nin Ermənistan ərazisini tərk etdiyini bildirdilər, sonra bu təşkilatın daxilində donduqlarını bəyan etməyə başladılar.
Siz başa düşürsünüz ki, hər sözün, hər bir ifadənin arxasında təkcə son dərəcə vacib olan məna yox, həm də məmur tərəfindən danışılırsa, təkcə deyilənlərə görə deyil, həm də nəticələrinə görə məsuliyyət də olmalıdır. Mənə elə gəlir ki, sözlə oynamaq, belə demək mümkünsə, heç bir xeyirə gətirib çıxara bilməz. Xüsusilə nəzərə alsaq ki, region artıq bir çox sınaqlardan keçib” - deyə diplomat davam edib.///tass