"Cavab son dərəcə ağrılı olacaq" - Zaxarovadan NATO-ya xəbərdarlıq

11:14 - 4 Sentyabr 2024 - DÜNYA

Moskva NATO ölkələrinə Kiyevin yeni terror addımları atacağı təqdirdə dərhal və son dərəcə ağrılı cavab veriləcəyi barədə xəbərdarlıq edir.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

“Onlar reallıq hissini itirirlər və hətta öz maraqları kontekstində belə münaqişənin daha təhlükəli eskalasiyası riskləri barədə heç düşünmürlər”, - diplomat bildirib.

“Avropa İttifaqı, NATO və xarici ölkələrdəki oxşar məsuliyyətsiz siyasətçilərə xəbərdarlıq etmək istərdik ki, Kiyev rejiminin müvafiq aqressiv addımları olarsa, Rusiyanın cavabı dərhal davam edəcək.
Düşünürəm ki, siz artıq son günlər bunu çox görürsünüz. Cavablar isə son dərəcə ağrılı olacaq”, - Zaxarova vurğulayıb.

Xəbər xətti