Finlandiya Müdafiə Nazirliyinin 2025-ci il üçün büdcəsi təxminən 6,5 milyard avroya çatacaq, ilk dəfə olaraq ölkənin NATO-ya üzvlüyü üçün 67 milyon avro ayrılacaq.
Ucnoqta.az xəbər verir ki, bu, parlamentə təqdim olunan büdcə layihəsində əks olunub.
Müdafiə Nazirliyinin 2025-ci il üçün büdcəsi hazırkı büdcədən 488 milyon avro çoxdur. Faktiki 2024-cü il büdcəsi ilə müqayisədə əməliyyat xərcləri 115 milyon avro artırılacaq.
Məlumata görə, şəxsi heyətin sayının təxminən 140 nəfər artacağı gözlənilir.
NATO-ya üzvlüklə bağlı yeni resurs tələblərini ödəmək üçün əlavə 67 milyon avro ayrılacaq.
Ümumilikdə, Finlandiyanın 2025-ci il büdcəsinə 88,8 milyard avro dövlət xərcləri, 76,6 milyard avro gəlir və 12,2 milyard avro kəsir daxildir.