3 sentyabr 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası baş tutub.
Bu barədə Ucnoqta.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media sektorunun müdiri Kamran Həsənov, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov iştirak edib.
İclasın gündəliyinə uyğun olaraq, dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri və "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin Əsasnaməsi" təsdiq edilib.
Bununla yanaşı, cari il üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri, Agentliyin strateji məqsədləri və planları, icra ediləcək tədbir və layihələrə dair ətraflı müzakirələr aparılıb.